Rusiyanın imperiya ambisiyaları sərhəd tanımır. Bu səbəbdən Ukraynaya yardım etməyi davam etdirmək və Rusiyaya təzyiqi artırmaq lazımdır.
“Report”
O hesab edir ki, Rusiyanın imperiya ambisiyalarının həddi-hüdudu yoxdur. XİN başçısının sözlərinə görə, Rusiya belə bir imkanı olsaydı, keçmiş Şərq Blokunun digər ölkələrinə hücum etməkdən çəkinməzdi.
“Ukraynanın məğlubiyyəti qaliblərə yeni resurslar gətirəcək və Mərkəzi ilə Şərqi Avropada növbəti “xüsusi hərbi əməliyyatlar” üçün qapı açacaq”, – diplomat bildirib.
Lipavski vurğulayıb ki, Rusiyanın imperiya ambisiyalarının həddini bildirmək lazımdır.
Çexiyanın baş diplomatı əlavə edib ki, Ukraynadakı müharibə həm də Çexiyanın savaşıdır, çünki gələcəyin taleyi həll olunur. Onun sözlərinə görə, Rusiyaya Ukraynanı məhv etmək imkanı verilsə, dünyadakı digər “yırtıcılar” ardınca gələcək.