Çexiyanın Baş Qərargah rəisi Rusiya ilə müharibə ehtimalını istisna etməyib

Çexiyanın Baş Qərargah rəisi Rusiya ilə müharibə ehtimalını istisna etməyib Çex Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka Qərb ölkələri ilə Rusiya arasında müharibə ehtimalını istisna etməyib.
Digər ölkələr
11 Dekabr , 2023 22:29
Çexiyanın Baş Qərargah rəisi Rusiya ilə müharibə ehtimalını istisna etməyib

Çex Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka Qərb ölkələri ilə Rusiya arasında müharibə ehtimalını istisna etməyib.

Bu barədə “Report” “CTK” xəbər agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Rusiya ilə gərginliyin artması fonunda münaqişə yarana bilər, baxmayaraq ki, heç kim onun artmasını istəmir:

“Hədə-qorxu ilə münaqişənin qarşısını almaq olar. Rusiya həqiqətən də görməlidir ki, bizim özümüzü müdafiə etmək qabiliyyətimiz və iradəmiz var. Söhbət hansısa bəyannamədən getmir. O, həqiqətən münaqişəyə girməyin mənasız olduğunu görməlidir”.

O, Ukraynanı dəstəkləməyə çağırıb və bu ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində Avropa İttifaqının birliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi