Çexiyanın baş prokuroru ədliyyə nazirinə görə istefa verdiyini açıqladı

Çexiyanın baş prokuroru ədliyyə nazirinə görə istefa verdiyini açıqladı Çexiyanın baş prokuroru Pavel Zeman istefasına ədliyyə naziri Mariya Beneşova ilə fikir ayrılığının səbəb olduğunu açıqlayıb
Digər ölkələr
15 May , 2021 06:57
Çexiyanın baş prokuroru ədliyyə nazirinə görə istefa verdiyini açıqladı
Pavel Zeman

Çexiyanın baş prokuroru Pavel Zeman istefasına ədliyyə naziri Mariya Beneşova ilə fikir ayrılığının səbəb olduğunu açıqlayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Zeman Çexiyanın şərqindəki Vrbetise kəndində döyüş sursatı anbarlarında partlayışların başvermə şəraitinin araşdırılmasına cəlb edilib. Hadisə 2014-cü ildə olub.

Onun sözlərinə görə, son zamanlar Beneşova ona "kifayət qədər güclü təzyiq" göstərib.

"Ola bilsin, mən daha əvvəl istefaya verərdim, amma Vrbetisedəki hadisə məni hələ hansısa vaxtda postda qalmağa məcbur etdi. Mən onun araşdırmasının dayanacağından ehtiyatlanmıram”, - baş prokuror deyib.

Zeman 10 ildən çox Çexiyanın baş prokuroru olub. O, iyunun 30-da baş prokuror vəzifəsini tərk edəcək.

Son xəbərlər

Orphus sistemi