Çexiyada yanğın zamanı 14 nəfər xəsarət alıb  

Çexiyada yanğın zamanı 14 nəfər xəsarət alıb   Çexiyanın paytaxtı Praqada mənzildə yanğın zamanı azı 14 sakin xəsarət alıb
Digər ölkələr
12 Aprel , 2021 01:56
Çexiyada yanğın zamanı 14 nəfər xəsarət alıb   

Çexiyanın paytaxtı Praqada mənzildə baş verən yanğın zamanı azı 14 sakin xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın Birləşmiş Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsi Yana Poştova bildirib.

O, qeyd edib ki, zərərçəkənlər arasında uşaqlar da var.

"Yaşayış binasının üçüncü mərtəbəsindəki mənzildə baş verən yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar, onlardan 6-sı 1-7 yaşa qədər uşaqlardır", - o qeyd edib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, uşaqlardan ikisi ağır vəziyyətdədir. Onlar reanimasiyadadır.

Polis yanğının səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi