Çexiyada tütün məmulatından onlarla insan zəhərlənib, ölən var

Çexiyada tütün məmulatından onlarla insan zəhərlənib, ölən var Bakı. 14 sentyabr. REPORT.AZ/ Çexiya polisi Ostrav şəhərində və onun ətrafındakı yaşayış məntəqələrində tərkibində həyat üçün təhlükəli olan sintetik kannabionidləri yaymaqda şübhəli bilinən qrup üzvlərini həbs edib.
Digər ölkələr
13 sentyabr 2018 22:18
Çexiyada tütün məmulatından onlarla insan zəhərlənib, ölən var

Bakı. 14 sentyabr. REPORT.AZ/ Çexiya polisi Ostrav şəhərində və onun ətrafındakı yaşayış məntəqələrində tərkibində həyat üçün təhlükəli olan sintetik kannabionidləri yaymaqda şübhəli bilinən qrup üzvlərini həbs edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Polis nümayəndəsi Qabriel Pokorna bildirib ki, polis yaşı 17-dən 41-ədək olan 5 nəfərə qarşı ittiham irəli sürüb. Onları 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Saxlanılanlar tərkibində sintetik kannabionid olan tütün qarışığını hazırlamaqda ittiham edilirlər. Bu qatışıq alkoqoqolu içki ilə birlikdə qəbul edildikdə ölümlə nəticələnir. Pokorna bildirib ki, onların hazırladığı qatışıq 20-dən çox insanın zəhərlənməsinə səbəb olub. Onlardan biri artıq dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi