Çexiyada qatarların toqquşması zamanı ölən və yaralananların sayı artıb

Çexiyada qatarların toqquşması zamanı ölən və yaralananların sayı artıb Çexiyanın qərbində yerləşən Domajalise şəhərinin Milavçe kəndi ərazisində sərnişin qatarlarının toqquşması nəticəsində 2 nəfər ölüb, 7-si ağır olmaqla 50-yə yaxın insan yaralanıb.
Digər ölkələr
4 Avqust , 2021 22:25
Çexiyada qatarların toqquşması zamanı ölən və yaralananların sayı artıb

Çexiyanın qərbində yerləşən Domajalise şəhərinin Milavçe kəndində sərnişin qatarlarının toqquşması zamanı həlak olanların sayı 3 nəfərə çatıb, 40-dan çox sərnişin müxtəlif xəsarətlər alıb.

“Report” xəbər verir ki, bu barədə “Euronews” bildirib.

Qeyd edilir ki, qəza zamanı hər iki maşinist, həmçinin qadın sərnişin həlak olub. Xəsarət alanlardan yeddisi ağır vəziyyətdədir.

Məlumata görə, Almaniyanın Münhen şəhərindən Praqaya gedən EX 351 ekspress qatarı Çexiyanın OS 7406 sərnişin qatarı ilə toqquşub.

Çexiyanın nəqliyyat naziri Karel Qavliçek bildirib ki, toqquşmaya maşinistlərdən birinin səhvi səbəb olub.

15:37

“Çexiyanın qərbindən, Plzen şəhəri ilə Almaniyanın Münhen şəhəri arasında hərəkət edən sərnişin qatarlarının avqustun 4-də Domajlise şəhərinin Milavçe kəndi ərazisində toqquşması nəticəsində 2 nəfər ölüb, 38 nəfər yaralanıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Çexiya Baş nazirinin müavini, sənaye, ticarət və nəqliyyat naziri Karel Qavliçek tvitter səhifəsində yazıb.

O bildirib ki, hadisə “Qərb ekspres” qatarının maşinistinin diqqətsizliyi səbəbindən baş verib.

Qəzada ölənlərin hər ikisi də maşinistdir.

11:58

Çexiyanın qərbində yerləşən Domajalise şəhərinin Milavçe kəndi ərazisində sərnişin qatarlarının toqquşması nəticəsində 2 nəfər ölüb, 7-si ağır olmaqla 50-yə yaxın insan yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Xilasedicilər və Yanğınsöndürənlər Xidməti Birliyinin nümayəndəsi Peter Ponsar jurnalistlərə açıqlamasında bildirib.

Hadisə avqustun 4-də baş verib. Onun sözlərinə görə, yaralılardan 31-nin xəsarətləri elə də təhlükəli deyil.

Çexiya Baş nazirinin müavini, sənaye-ticarət naziri və nəqliyyat nazirləri qəza yerinə gediblər.

Son xəbərlər

Orphus sistemi