Çexiyada koronavirusa qarşı vaksin istehsal olunacaq

Çexiyada koronavirusa qarşı vaksin istehsal olunacaq Çexiyanın baş naziri Andrey Babiş bildirib ki, apreldə Praqa yaxınlığında yerləşən “Novavax” (ABŞ) əczaçılıq şirkətinin zavodunda koronavirusa qarşı vaksinin istehsalatı başlanacaq.
Digər ölkələr
1 Fevral , 2021 00:48
Çexiyada koronavirusa qarşı vaksin istehsal olunacaq

Çexiyanın baş naziri Andrey Babiş bildirib ki, apreldə Praqa yaxınlığındakı “Novavax” (ABŞ) əczaçılıq şirkətinin zavodunda koronavirusa qarşı vaksinin istehsalı başlanacaq.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, vaksin dünya bazarına da çıxarılacaq.

"(Çexiyada yerləşən “Novavax” müəssisəsindən-red) Vaksinin (dünya bazarına) tədarükü apreldə başlanmalıdır. Bu mənim alığım ən yeni informasiyadır", - o qeyd edib.

Preparat hazırda Böyük Britaniyada sınaqdan keçirilir. Onun effektivliyi təxminən 90% təşkil edir. “Novavax” bu il təxminən vaksinin 1 milyard dozasını istehsal etməyi planlaşdırır. Bu sayın əhəmiyyətli hissəsi Çexiyada istehsal edilməlidir.

Babiş həmçinin bildirib ki, dekabrın 27-də kütləvi peyvəndə başlayan Çexiya vaksinin 372 765 dozasını alıb. Ölkəyə Amerikanın “Pfizer” şirkətinin və onun alman partnyoru olan “BioNTech”in, həmçinin Amerikanın digər şirkəti “Moderna”nın istehsalı olan vaksinlər gətirilir.

"Çexiya “Pfizer/BioNTech” preparatının 352 365 dozasını alıb. “Moderna" vaksinin 20 400 dozasını çatdırıb, hansı ki, 12 min doza bu gün (dünən-red) daxil oldu”, - baş nazir bildirib.

Çexiya cari ilin birinci rübündə koronavirusa qarşı vaksinin 1,7 milyon dozasını almalıdır. İkinci rübdə respublika daha 8,4 milyon doza gözləyir.

Son xəbərlər

Orphus sistemi