Çexiyada fövqəladə vəziyyət elan olunub

Digər ölkələr
  • 04 mart, 2022
  • 07:21
Çexiyada fövqəladə vəziyyət elan olunub

Çexiya hökuməti Ukraynadan gələn qaçqınlarla əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fial keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, artıq Ukraynadan 30 min qaçqın Çexiyaya sığınıb: “Onların yerləşdirilməsini daha səmərəli etmək üçün hökumət martın 4-dən aprelin 4-dək fövqəladə vəziyyət rejimi tətbiq edib”.

Hökumət başçısı brifinqdə Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı rəsmi Kiyevin müraciətinə də münasibət bildirib. P.Fial Ukraynanın quruma qəbul edilməsinin sürətləndirilməsini dəstəkləyib.