Çexiyada Ali Məhkəmənin hakimi və digər şəxslər korrupsiya ittihamı üzrə saxlanılıb

Çexiyada Ali Məhkəmənin hakimi və digər şəxslər korrupsiya ittihamı üzrə saxlanılıb Çexiyanın paytaxtında Ali Məhkəmənin hakimi və daha dörd nəfər polis tərəfindən saxlanılıb.
Digər ölkələr
5 Dekabr , 2020 19:50
Çexiyada Ali Məhkəmənin hakimi və digər şəxslər korrupsiya ittihamı üzrə saxlanılıb

Çexiyanın paytaxtında Ali Məhkəmənin hakimi və daha dörd nəfər polis tərəfindən saxlanılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Lenka Bradaçova bildirib.

Saxlanılanların adları açıqlanmır. Qeyd edilir ki, onlardan biri Praqada Ali Məhkəmənin hakimi, digəri vəkildir.

"Onların hamısı rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz fəaliyyətdən əldə olunan gəlirlərin leqallaşdırılmasında ittiham edilirlər", - baş prokuror deyib.

Onun sözlərinə görə, saxlanılanların hamısını 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Öz növbəsində Çex radiosu bildirib ki, saxlanılan hakim Zdenek Sovakdır. Sovak avtomobili sərxoş vəziyyətdə idarə edərək qəza şəraiti yaratdığına və plagiatlığa görə iki dəfə vəzifəsinin icrasından müvəqqəti kənarlaşdırılıb.

Qeyd edilir ki, saxlanılanların evlərində təxminən 50 polis əməkdaşı axtarışlar aparır.

Son xəbərlər

Orphus sistemi