Çexiya və Almaniya miqrantlara qarşı birgə patrullar təşkil edəcək

Çexiya və Almaniya miqrantlara qarşı birgə patrullar təşkil edəcək Çexiya və Almaniya polisi ölkələrinin ümumi sərhədini qeyri-qanuni qaçqınların keçidindən qoruyacaq birgə patrullar təşkil edəcək.
Digər ölkələr
30 Sentyabr , 2023 03:47
Çexiya və Almaniya miqrantlara qarşı birgə patrullar təşkil edəcək

Çexiya və Almaniya polisi ölkələrinin ümumi sərhədini qeyri-qanuni qaçqınların keçidindən qoruyacaq birgə patrullar təşkil edəcək.

“Report” xəbər verir ki, müvafiq razılıq Çexiya və Almaniyanın daxili işlər nazirləri tərəfindən əldə olunub.

Qeyd olunub ki, birgə sərhəd patrulları yaxın günlərdə fəaliyyətə başlayacaq. Almaniya polisi sərhədin Çexiya tərəfində, Çexiya polisi isə Almaniya tərəfində qeyri-qanuni qaçqınların saxlanılması əməliyyatlarında fəaliyyət göstərə biləcək.

Oxşar təcrübə Çexiya-Slovakiya sərhədində də mövcuddur.

Eyni zamanda Çexiya, Almaniya və Polşa daxili işlər nazirləri Avropa İttifaqı ərazisinə qeyri-qanuni qaçqınların daxil olmasının təşkilatçılarına qarşı mübarizə aparmaq üçün üç ölkənin ekspertlərindən ibarət qrup yaratmaq barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi