Çexiya Ukrayna xəstəxanalarının modernləşdirilməsi üçün 100 milyon avro ayıracaq
Digər ölkələr
- 02 aprel, 2025
- 14:33
Çexiya “Ukraine Facility” proqramı çərçivəsində Ukraynanın 7 regionunda 13 tibb müəssisəsinin yenilənməsinə 100 milyon avro məbləğində investisiya qoymağı planlaşdırır.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Viktor Lyaşko bildirib.
"Bu, sadəcə layihələr deyil - xəstələr üçün real dəyişikliklərdir. Biz bu vacib yolda Ukraynaya dəstək olmaq və kömək etmək istəyinə görə Çexiyaya minnətdarıq," – nazir qeyd edib.
Ötən gün Avropa Komissiyası (AK) “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya 3,5 milyard avro köçürüb. Bundan başqa, Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ölkəyə maliyyə dəstəyini davam etdirməyi planlaşdırır.
Son xəbərlər
06:33
Ağ Ev: Real dünya güc və qüdrətlə idarə olunur
Digər ölkələr06:02
Misir və Nigeriya yığması Afrika Millətlər Kubokunda 1/4 finala yüksəlib
Futbol05:45
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
Digər ölkələr05:23
Britaniya Maduronun ələ keçirilməsindən sonra müxalifət lideri Maçado ilə əlaqə yaradıb
Digər ölkələr04:49
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
Digər ölkələr04:21
ABŞ-də uranın zənginləşdirilməsi üçün şirkətlərə 2,7 milyard dollar ayırılıb
Digər ölkələr04:06
Hakan Fidan: Qəzzada sığınacaq imkanları yaradılmalıdır
Region03:35
Sibiqa: Moskva sülh səylərini rədd edir
Digər ölkələr03:06