Çexiya Slovakiyadakı alman ordusunun bir hissəsini qəbul edə bilər

Çexiya Slovakiyadakı alman ordusunun bir hissəsini qəbul edə bilər NATO-nun Slovakiyadakı alman hərbçilərinin bir hissəsi Çexiyada yerləşdirilə bilər.
Digər ölkələr
17 Mart , 2022 05:17
Çexiya Slovakiyadakı alman ordusunun bir hissəsini qəbul edə bilər

NATO-nun Slovakiyadakı alman hərbçilərinin bir hissəsi Çexiyada yerləşdirilə bilər.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

“NATO-nun Slovakiyadakı bölməsinin bir hissəsi olmalı olan alman əsgərlərinin bəziləri Çexiyada yerləşdirilə bilər. Bu, Şimali Atlantika Alyansının şərq qanadındakı ölkələrin gücləndirilməsi üçün NATO-da nəzərdən keçirilən variantlardan biridir”, - deyə nazir bildirib.

Qeyd edək ki, Slovakiya parlamenti 2 100-ə qədər hərbçidən ibarət NATO bölməsinin respublikada yerləşdirilməsini təsdiqləyib. Bunlar Çexiya, ABŞ, Almaniya, Hollandiya, Sloveniya və Polşa ordularının əsgərləridir. Bundesver 700 əsgər göndərməlidir.

Son xəbərlər

Orphus sistemi