Çexiya Qüdsdə fəxri konsulluq açacaq

Çexiya Qüdsdə fəxri konsulluq açacaq Bakı. 14 may. REPORT.AZ/ Çex Respublikası Qüdsdə fəxri konsulluq və Çexiya Evi açacaq.
Digər ölkələr
14 May , 2018 18:59
Çexiya Qüdsdə fəxri konsulluq açacaq

Bakı. 14 may. REPORT.AZ/ Çex Respublikası Qüdsdə fəxri konsulluq və "Çexiya Evi" açacaq.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın baş naziri Andrey Babiş şəxsi "Twitter" səhifəsində yazıb. 

"Mayın sonunadək Çex Respublikası Qüdsdə fəxri konsulluq açacaq və mən buna görə çox şadam. Bundan başqa, bu ilin sonunadək Qüdsdə ticarət, iqtisadi və mədəni tədbirlər üçün nəzərdə tutulan "Çexiya Evi"ni açsaq, bu, çox sevindirici hal olar", - A.Babiş əlavə edib.

Son xəbərlər

Orphus sistemi