Çexiya Prezidenti: Aİ-nin genişlənməsi geosiyasi zərurətdir

Digər ölkələr
  • 30 aprel, 2024
  • 13:23
Çexiya Prezidenti: Aİ-nin genişlənməsi geosiyasi zərurətdir

Avropa İttifaqının (Aİ) genişlənməsi geosiyasi zərurətdir.

“Report” xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel “Novinke” nəşrinə müsahibəsində deyib.

O, Aİ-nin genişlənməsini dəstəklədiyini söyləyib: “Avropa Moldova və Gürcüstanı çox gözlətməməli və onları Rusiyanın ixtiyarına buraxmamalıdır”.

Dövlət başçısının fikrincə, Avropa genişlənməyə hazırlaşmalıdır: “Bu təşkilatın modernləşdirilməsi zəruri addımdır”.