Çexiya koronavirusa görə hərbi büdcəsini azaltdı

Çexiya koronavirusa görə hərbi büdcəsini azaltdı Çexiya Müdafiə Nazirliyi 2020-ci il üçün nəzərdə tutulan büdcəsini 2,9 milyard kron həcmində (təxminən 126 milyon ABŞ dolları) azaldacaq.
Digər ölkələr
25 Mart , 2020 05:15
Çexiya koronavirusa görə hərbi büdcəsini azaltdı

Çexiya Müdafiə Nazirliyi 2020-ci il üçün nəzərdə tutulan büdcəsini 2,9 milyard kron həcmində (təxminən 126 milyon ABŞ dolları) azaldacaq.

“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Lubomir Metnar deyib. Onun sözlərinə görə, buna səbəb hökümətin koronavirusla mübarizəsinə dəstək verməkdir:

“Müdafiə Nazirliyinin bu il üçün 75,5 milyard kron (təxminən 3.3 milyard ABŞ dolları) büdcəsi var, ancaq koronavirus pandemiyası səbəbiylə 2.9 milyard kron azalacaq. 

Bu, nazirliyin dövlətə olan mümkün dəstəyidir. Vəsaitin azalması əsas modernləşdirmə vəzifələrinə təsir göstərməyəcək. Ordunun yeni silahlarla təchizatı davam etməlidir”.

Hazırda Çexiya ordusunun büdcəsi ÜDM-in təxminən 1,3% -ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi