Çexiya Baş naziri və ailəsi ölümlə təhdid edilib

Çexiya Baş naziri və ailəsi ölümlə təhdid edilib ​​​​​​​Çexiya Baş naziri Andrey Babiş özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib
Digər ölkələr
1 Mart , 2021 00:27
Çexiya Baş naziri və ailəsi ölümlə təhdid edilib
Andrey Babiş

Çexiya Baş naziri Andrey Babiş özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib.

“Report” xəbər verir ki, bu barədə “CNN Prima News” məlumat yayıb.

Baş nazir bildirib ki, ölkə polisi 8 yanvar tarixində onun ailəsini öldürmək istəyən şəxsin olması barədə məlumat verib. Qeyd olunub ki, adı açıqlanmayan şəxs hazırda İspaniyadadır.

Bundan sonra hökumət başçısının evinin təhlükəsizliyi gücləndirilib.

Ölkənin hüquq-mühafizə orqanları tvitterdə faktla bağlı cinayət işinin açıldığını qeyd edib.

Qeyd olunub ki, kriminalistlər həmin şəxsin tutulması ilə bağlı prokurorluğa müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi