Monteneqroda qiyam hazırlığında şübhəli bilinənlərin 13-ü təqsirlərini etiraf edib

Monteneqroda qiyam hazırlığında şübhəli bilinənlərin 13-ü təqsirlərini etiraf edib Yalnız Serbiya jandarmeriyasının keçmiş komandiri günahını etiraf etməyib
Digər ölkələr
25 Yanvar , 2017 21:31
Monteneqroda qiyam hazırlığında şübhəli bilinənlərin 13-ü təqsirlərini etiraf edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Monteneqroda ötən ilin payızında keçmiş parlament seçkilərində silahlı çevriliş hazırlığında şübhəli bilinərək saxlanılanların əksəriyyəti öz təqsirlərini etiraf ediblər.

"Report" xəbər verir ki, bu barədə "Pobjeda" etibarlı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, yalnız Serbiya jandarmeriyasının keçmiş komandiri Bratislav "Bato" Dikiç günahını etiraf etməyib.

Ötən il, dekabrın əvvəllərində Monteneqronun hakimiyyət orqanları Rusiya vətəndaşı Eduard Şırokov və Vladimir Popov haqqında İnterpol vasitəsilə beynəlxalq axtarış elan etdilər. Bununla yanaşı, 2016-cı ilin 16 oktyabrında keçirilmiş parlament seçkilərində silahlı çevriliş cəhdinin təşkilində şübhəli bilinən Serbiyanın üç vətəndaşı Predraq Boqiçeviç, Miloş Yovanoviç və Nemanyu Ristiça barəsində axtarış elan olunub.

Respublika Prokurorluğundan bildirilib ki, keçmiş baş nazir Milo Cukanoviçin qətlinin planlaşdırılmasında Eduard Şırokov şübhəli bilinir.

Qeyd edək ki, ötən ilin oktyabrında hüquq-mühafizə orqanları tərəfindən səsvermə günü qiyam və terror aktı hazırlamaqda şübhəli bilinən 20 serb vətəndaşı saxlanılıb. Onlardan 14-ü istintaq zamanı həbsdə qalıb, digərləri isə azadlığa buraxılıb. 

Son xəbərlər

Orphus sistemi