Cənubi Sudanda silahlı hücum olub, 14 nəfər ölüb, 7-si yaralanıb

Cənubi Sudanda silahlı hücum olub, 14 nəfər ölüb, 7-si yaralanıb Yaralılar xəstəxanaya yerləşdirilib
Digər ölkələr
29 Mart , 2021 17:19
Cənubi Sudanda silahlı hücum olub, 14 nəfər ölüb, 7-si yaralanıb

Cənubi Sudanın Şərqi Ekvatorial əyalətinə naməlum şəxslərin hücumu nəticəsində azı 14 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” “Eye Radio”ya istinadən xəbər verir ki, məlumatı əyalət qubernatorunun nümayəndəsi yayıb.

Onun sözlərinə görə, ölənlər arasında yaşlılar, qadın və uşaqlar da var. Nümayəndə bildirib ki, hücum edənlər “AK-47” avtomatından sakinlərə atəş açıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Əyalətin administrasiyası hücum edənlərin axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi