Yuxarı

​Cənubi Sudanda BMT düşərgəsinə hücum nəticəsində 18 nəfər ölüb

Öldürülənlər arasında Sərhədsiz həkimlərin iki əməkdaşı da var

Bakı. 19 fevral. REPORT.AZ/ Cənubi Sudanda BMT-nin mülki əhalinin müdafiəsi üzrə düşərgəsinə hücum zamanı 18 nəfər ölüb, daha 36 nəfər yaralanıb. Öldürülənlər arasında "Sərhədsiz həkimlər"in iki əməkdaşı da var.

"Report" xəbər verir ki, bu barədə humanitar təşkilatın saytı məlumat yayıb.

Zərərçəkənlərin ən azı 25 nəfərində güllə yarası aşkar olunub. Malakal düşərgəsində 40 minə yaxın insan var. Onların əksəriyyəti hər hansı bir yardımın olmadığı rayonlardan bura gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi