Cənubi Sudanda atəşkəs 48 saat sonra pozulub

Cənubi Sudanda atəşkəs 48 saat sonra pozulub Son bir gündə bölgədə 24 üsyançı və 5 əsgər öldürülüb
Digər ölkələr
11 Noyabr , 2014 00:28
Cənubi Sudanda atəşkəs 48 saat sonra pozulub

Bakı. 10 noyabr. REPORT.AZ/ Neft ilə zəngin olan Cənubi Sudanda növbəti atəşkəs sazişi imzalanandan 48 saat sonra şiddətli döyüşlər yenidən qeydə alınıb.

Report-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, son bir gündə bölgədə 24 üsyançı və 5 əsgər öldürülüb. Yerli hökuməti ilə üsyançılar atəşkəsin pozulmasına görə məsuliyyəti bir-birilərinin üzərinə qoyublar.

Müharibədən qaçan Cənubi Sudan sakinlərinin sayı isə artıq 1 milyon 700 mini ötüb.

Son xəbərlər

Orphus sistemi