Cənubi Sudan çəyirtkə hücumuna məruz qaldı

Cənubi Sudan çəyirtkə hücumuna məruz qaldı Şərqi Afrika ölkələrində çəyirtkə axını nəticəsində 25 milyonadək əhali aclıq təhlükəsi ilə üzləşib.
Digər ölkələr
190
20 Fevral , 2020 14:00
Cənubi Sudan çəyirtkə hücumuna məruz qaldı

Şərqi Afrika ölkələrində çəyirtkə axını nəticəsində 25 milyonadək əhali aclıq təhlükəsi ilə üzləşib.

“Report” AP-yə istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. 

Artıq Şərqi Afrikada yüz minlərlə hektar əkin sahələrinə böyük ziyan vuran çəyirtkə Cənubi Sudana çatıb. Ölkənin kənd təsərrüfatı naziri Onyoti Adiqo ötən gün axşam azı 2 min yetişkin çəyirtkənin ölkə sərhədini keçdiyini açıqlayıb.

FAO bununla bağlı narahatlığını bildirərək vəziyyəti həddindən artıq qorxuducu olaraq səciyyələndirib. Üstəlik, Cənubi Sudanda bir neçə il davam etmiş daxili müharibə üzündən 5 milyondan artıq insan ərzaq qıtlığından əziyyət çəkir, 860 minədək uşaq düzgün qidalanmır.

Səhra çəyirtkəsi ocağı gündə 35 minədək insanın istehlak edə biləcəyi ərzağı məhv edir. Həmçinin çəyirtkələr gün ərzində 150 kilometr məsafə qət edə bilir.

Bununla yanaşı, ölkədə üstünlük təşkil edən qumlu torpaqların çəyirtkələrin yumurtlaması üçün əlverişli olduğu da bildirilir. Belə ki, hər çəyirtkə cütləşmə dövründə 20-dək yumurta qoyur.

Bununla yanaşı, ölkə üç ildir quraqlıq və sellərdən də əziyyət çəkir. Belə ki, dekabr ayındakı sellər bir milyondan artıq insanın yaşayışında fəsadlar törədib.

Son xəbərlər

Orphus sistemi