Cənubi Koreyanın sabiq prezidenti 24 il azadlıqdan məhrum edilib

Cənubi Koreyanın sabiq prezidenti 24 il azadlıqdan məhrum edilib Məhkəmə Pak Kın Heyə qarşı irəli sürülən ittihamların çoxunu qüvvədə saxlayıb
Digər ölkələr
6 Aprel , 2018 11:28
Cənubi Koreyanın sabiq prezidenti 24 il azadlıqdan məhrum edilib
EPA-EFE/JEON HEON-KYUN

Bakı. 6 aprel. REPORT.AZ/ Cənubi Koreyanın sabiq prezidenti Pak Kın He  24 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" TASS-a istinadən xəbər verir, o, ölkənin Cinayət Məcələsinin 18 maddəsi ilə ittiham olunub. 

Məhkəmə Pak Kın Heyə qarşı irəli sürülən ittihamların çoxunu qüvvədə saxlayıb.

Qeyd edək ki, o, dövlət sirlərini açıqlamaqda, pul tələb etməkdə, rüşvət almaqda, eləcə də vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi