Cənubi Koreyanın həbsdə olan keçmiş Prezidenti əfv edilib

Digər ölkələr
  • 27 dekabr, 2022
  • 09:17
Cənubi Koreyanın həbsdə olan keçmiş Prezidenti əfv edilib

Koreya Respublikasının (Cənubi Koreya) həbsdə olan keçmiş Prezidenti Li Myon Bak əfv edilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, ölkənin hazırkı dövlət başçısı Yun Sok Yol bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Li Myon Bak 2008-2013-cü illərdə Cənubi Koreyanın Prezidenti olub.

Seul məhkəməsi onu 2018-ci il oktyabrın 5-də korrupsiyada ittiham edərək 15 il azadlıqdan məhrum edib. Sabiq dövlət başçısı eyni zamanda, 11,5 milyon dollar cərimələnib.

Ali Məhkəmə 2020-ci il oktyabrın 29-da Li Myonun cinayət işinə baxıb. O, rüşvətxorluq və mənimsəmədə günahkar bilinib və cəzası 15 ildən 17 ilədək artırılıb. Eyni zamanda, keçmiş Prezident 11,4 milyon dollar məbləğində cərimələnib. Bundan əlavə, onun 5 milyon dollarlıq əmlakının müsadirə edilməsi hökmü qüvvədə saxlanılıb.

Li Myon Bak 2 ildir həbsxanada cəza çəkir.

Son xəbərlər

Bütün Xəbər Lenti