Cənubi Koreyada Rusiya gəmisi yanıb, altı dənizçi xəsarət alıb
- 26 mart, 2025
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreyanın Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” gəmisində yanğın baş verib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Busandakı Baş Konsulluğu məlumat yayıb.
"Martın 26-da yerli vaxtla saat 07:14-də Kamçxon (Busan) limanından 8 km məsafədə dənizdə Rusiyaya məxsus “Crystal Asia” refrijerator gəmisində (heyət 23 nəfərdən ibarətdir, onlardan 22-si Rusiya vətəndaşıdır) yanğın baş verib. Busan dəniz polisinin məlumatına görə, altı rusiyalı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır", - məlumatda bildirilib.
İlkin məlumatlara görə, yanğının səbəbi maşın şöbəsində turbinin partlaması və ya zədələnməsi ola bilər.
Gəmi Cənubi Koreyada təmirdə olub.