Cənubi Koreyada prezident seçkiləri mayın 9-da keçirilə bilər

Cənubi Koreyada prezident seçkiləri mayın 9-da keçirilə bilər Konstitusiya Məhkəməsi martın 10-da ölkə başçısı Pak Kın Xenin impiçmentini təsdiq edib
Digər ölkələr
11 Mart , 2017 08:34
Cənubi Koreyada prezident seçkiləri mayın 9-da keçirilə bilər

Bakı. 11 mart. REPORT.AZ/ Cənubi Koreyada prezident seçkiləri mayın 9-da keçirilə bilər.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Komissiyası sədrinin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

O, siyasi fikir ayrılığının ölkədə vəziyyəti gərginləşdirə biləcəyindən narahat olduğunu bildirib və ictimaiyyəti yaranan vəziyyətdən çıxmağa, həmçinin səsvermədə iştirak etməyə çağırıb.

Martın 10-da ölkənin Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiq edib. Ölkə konstitusiyasına əsasən, yeni prezident seçkiləri 60 gün ərzində keçirilməlidir.

Hazırda prezidentin vəzifələrini baş nazir Xvan Ge An icra edir.

Son xəbərlər

Orphus sistemi