​Cənubi Koreyada MERS virusuna yoluxanların sayı 175 nəfərə çatıb

​Cənubi Koreyada MERS virusuna yoluxanların sayı 175 nəfərə çatıb Onlardan 54 nəfəri tam sağaldıqdan sonra evə buraxılıb
Digər ölkələr
23 İyun , 2015 07:19
​Cənubi Koreyada MERS virusuna yoluxanların sayı 175 nəfərə çatıb

Bakı. 23 İyun. REPORT.AZ/ Cənubi Koreyanın Səhiyyə Nazirliyi MERS - Yaxın Şərq respirator sindromu koronavirusuna üç yeni yoluxma hadisəsi barədə məlumat yayıb.

"Report" xəbər verir ki, xəstəliyə yoluxanların sayı 175 nəfərə çatıb, ölənlərin sayında dəyişiklik yoxdur - 19 nəfər.

Məmurların məlumatına görə, xəstəliyin aşkar olunduğu iki nəfər karantində olub, üçüncü şəxsin harada yoluxduğu məlum deyil.

Qeyd olunur ki, sözügedən virusa yoluxan 175 nəfərdən 54-ü tam sağaldıqdan sonra xəstəxanadan evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi