Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 min nəfərdən çoxdur
Digər ölkələr
- 26 mart, 2020
- 02:55
Son gün ərzində Cənubi Koreyada koronavirusa 104 yeni yoluxma qeydə alınıb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Mərkəz bildirib.
Qeyd edilir ki, ölkədə rekord sayda - 414 sağalma qeydə alınıb. COVID-19-a yoluxanların ümumi sayı 9 241 nəfərə çatıb, 131 nəfər virusdan ölüb.
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanğıcı artıq üçüncü dəfədir (bu dəfə 6 aprelədək) təxirə salınıb.
Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.
Son xəbərlər
08:06
Venesuelanın müdafiə naziri Maduronun ələ keçirilməsi zamanı 83 nəfərin öldürüldüyünü bildirib
Digər ölkələr07:45
Luis Enrike yayda "Real Madrid"ə rəhbərlik edə bilər
İdman07:14
Berliner Zeitung: Fransanın NATO-dan çıxmaq üçün real imkanı var
Digər ölkələr06:35
Petr Pavel: Ukrayna ağrılı güzəştlərə hazırdır
Digər ölkələr06:09
Suriyada ilk dəfə kürd dili dövlət dili kimi tanınıb
Digər ölkələr05:54
CNN Brasil: ABŞ-ın Venesuelaya hücumlarından sonra Braziliya HHM sistemlərini gücləndirir
Digər ölkələr05:23
Amerika lideri: Hazırda Venesuelaya ABŞ nəzarət edir
Digər ölkələr04:38
Qəzza zolağı üzrə Milli İdarəetmə Komitəsinin rəhbəri məlum olub
Digər ölkələr04:02