Cənubi Koreyada koronavirusa 8 mindən çox insan yoluxub

Cənubi Koreyada koronavirusa 8 mindən çox insan yoluxub Ötən gün Cənubi Koreyada koronavirusa 76 yeni yoluxma qeydə alınıb.
Digər ölkələr
15 Mart , 2020 07:23
Cənubi Koreyada koronavirusa 8 mindən çox insan yoluxub
ABCnews

Ötən gün Cənubi Koreyada koronavirusa 76 yeni yoluxma qeydə alınıb.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəz bildirib.

Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 8 162 nəfərə qədər artıb, ölənlərin sayı isə 75 nəfərə çatıb.

Son məlumata görə, virusa yeni yoluxma hallarından 42-si Tequ şəhərində aşkarlanıb.

Qeyd edilir ki, 834 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Məlumata görə, hazırda daha 16 272 nəfərin analizi aparılır.

Xatırladaq ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.

Son xəbərlər

Orphus sistemi