Cənubi Koreyada daha 43 nəfərdə COVID-19 aşkarlandı

Digər ölkələr
  • 17 iyun, 2020
  • 04:28
Cənubi Koreyada daha 43 nəfərdə COVID-19 aşkarlandı

Son 24 saat ərzində Cənubi Koreyada koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb.

“Report” xəbər verir ki, bu barədə “TASS” ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələrinin 43-ü müsbət çıxıb.

Bununla da ölkədə 12 198 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 774 nəfər müalicə olunaraq sağalıb.