Cənubi Koreyada COVID-19-dan sağalanların sayı artdı

Digər ölkələr
  • 28 aprel, 2020
  • 04:17
Cənubi Koreyada COVID-19-dan sağalanların sayı artdı

Cənubi Koreyada pandemiya ilə bağlı vəziyyət stabilləşməyə doğru gedir.

“Report” xəbər verir ki, son 24 saat ərzində xəstəxanalarda müalicə alan 90 nəfər koronavirusdan sağalıb. Bununla da 8 854 nəfərin bədənində koronavirus məhv edilib.

Lakin, ölkədə 14 yeni yoluxma (ümumilikdə 10 751) qeydə alınıb, 244 xəstə pandemiyanın qurbanı olub.