Cənubi Koreyada 56 məktəbli qazdan zəhərlənib

Cənubi Koreyada 56 məktəbli qazdan zəhərlənib Cənubi Koreyanın Daequ şəhərində bir məktəbin 56 yuxarı sinif şagirdi qaz sızıntısı şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
2 Sentyabr , 2019 14:38
Cənubi Koreyada 56 məktəbli qazdan zəhərlənib

Cənubi Koreyanın Daequ şəhərində bir məktəbin 56 yuxarı sinif şagirdi qaz sızıntısı şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, zərərçəkən məktəblilər auditoriyada olarkən qaz qoxusu hiss etdiklərini bildiriblər. Onların bəzilərində qusma da daxil olmaqla zəhərlənmə əlamətləri özünü göstərsə də, kəskin vəziyyətə düşəni olmayıb. Məktəblilərin çoxu tibbi yardım aldıqdan sonra dərsə qayıdıblar.

Hadisə zamanı məktəb yığıncağının keçirildiyi həmin auditoriyada 800-dək tələbənin olduğu bildirilir.

Hadisəyə dair araşdırmaya başlayan polis məktəbin yaxınlığındakı tikinti sahəsində qaz sızıntısı ehtimalına nəzər yetirir. 

Son xəbərlər

Orphus sistemi