Cənubi Koreyada 29 nəfərdə COVID-19 aşkarlandı

Digər ölkələr
  • 14 may, 2020
  • 04:37
Cənubi Koreyada 29 nəfərdə COVID-19 aşkarlandı

Cənubi Koreyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 29 nəfər artaraq 10 991-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzi bildirib.

Qeyd olunub ki, koronavirusa yoluxan şəxslərin üçü xarici ölkələrdən gəlib. Son məlumata görə, 9 762 xəstə müalicə alaraq sağalıb.

Müalicə alan 260 xəstə dünyasını dəyişib. 

44 filmi