Cənubi Koreya Ukraynaya böyük silah partiyası tədarük edəcək

Cənubi Koreya Ukraynaya böyük silah partiyası tədarük edəcək Cənubi Koreya Çex Respublikası vasitəsilə Ukraynaya, təxminən, 2,9 milyard dollar ABŞ dolları silah tədarük edəcək.
Digər ölkələr
29 Sentyabr , 2022 12:57
Cənubi Koreya Ukraynaya böyük silah partiyası tədarük edəcək

Cənubi Koreya Çex Respublikası vasitəsilə Ukraynaya, təxminən, 2,9 milyard dollar ABŞ dolları silah tədarük edəcək.

"Report" xəbər verir ki, söhbət aşağı hündürlükdə uçan təyyarələrin hücumlarını dəf etmək üçün istifadə edilən "Chiron" zenit-raket kompleksləri və döyüş sursatlarından gedir. Bu silah tədarükü ABŞ tərəfindən maliyyələşdiriləcək.

Məlumata görə, Cənubi Koreya tərəfinin rəsmi mövqeyi səbəbindən silah partiyası Ukraynaya birbaşa göndərilməyəcək. Belə ki, hələ yazda Cənubi Koreya tərəfi hərbi əməliyyatlar bölgəsinə silah tədarük etməyəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi