Cənubi Koreya Ukraynaya 100 milyon dollarlıq kredit ayırıb

Cənubi Koreya Ukraynaya 100 milyon dollarlıq kredit ayırıb Koreya Respublikasının İxrac-İdxal Bankı Ukraynaya illik 1% faiz dərəcəsi ilə 20 il müddətinə 100 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Digər ölkələr
2 Oktyabr , 2024 20:33
Cənubi Koreya Ukraynaya 100 milyon dollarlıq kredit ayırıb

Koreya Respublikasının İxrac-İdxal Bankı Ukraynaya illik 1% faiz dərəcəsi ilə 20 il müddətinə 100 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

“Maliyyə naziri Sergey Marçenko Koreyanın İxrac-İdxal Bankı ilə 100 milyon dollar cəlb edilməsi üzrə kredit müqaviləsi imzalayıb. Kredit 20 il müddətinə cəlb olunur, faiz dərəcəsi illik 1% təşkil edir. Güzəşt müddəti kredit müqaviləsinin imzalandığı tarixdən 5 ildir”, - məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Koreya Respublikasının xarici işlər naziri Ço Tae Yol BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən ilin əvvəlindən Ukraynaya 200 milyon dollar məbləğində humanitar yardım ayrıldığını açıqlamışdı. O, həmçinin humanitar böhranların həlli üçün 100 milyon dollar ayrılmasının planlaşdırıldığını da bildirmişdi.

Son xəbərlər

Orphus sistemi