Cənubi Koreya prezidentinə qarşı impiçment martın 13-dək qəbul edilə bilər

Cənubi Koreya prezidentinə qarşı impiçment martın 13-dək qəbul edilə bilər İmpiçmentin hüququ qüvvəyə malik olması üçün 7, impiçmentə dəstək verilməsi üçün isə 6 hakimin iştirakı tələb olunur
Digər ölkələr
26 Yanvar , 2017 14:15
Cənubi Koreya prezidentinə qarşı impiçment martın 13-dək qəbul edilə bilər

Bakı. 26 yanvar. REPORT.AZ/ Cənubi Koreya Prezidenti Pak Kın Heyə impiçment elan edilməsinin qanuniliyi məsələsini baxan Konstitusiya Məhkəməsinin qərarı bu il martın 13-dək qəbul oluna bilər.

"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, yekun qərarın verilmə tarixi ilə bağlı tərəddüd fevralın 28-də Cənubi Koreya prezidenti ətrafında yaranmış korrupsiya qalmaqalını araşdıran Xüsusi Təhqiqat Komissiyasının səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Konstitusiya Məhkəməsinin hazırkı rəhbəri Pak Han Çhulun səlahiyyətləri yanvarın 31-də, digər hakimdə isə martın 13-də başa çatacaq.

Qeyd edək ki, Cənubi Koreya qanunvericiliyinə görə, impiçmentin hüququ qüvvəyə malik olması üçün 7, impiçmentə dəstək verilməsi üçün isə 6 hakimin iştirakı tələb olunur.

Son xəbərlər

Orphus sistemi