Cənubi Koreya prezidenti Yaponiyanı KXDR-lə münasibətləri normallaşdırmağa çağırıb

Cənubi Koreya prezidenti Yaponiyanı KXDR-lə münasibətləri normallaşdırmağa çağırıb Bakı. 8 may. REPORT.AZ/ Cənubi Koreya prezidenti Mun Çje İn Yaponiyanı KXDR-lə münasibətlərin normallaşdırılması dialoqunu yeniləməyə çağırıb.
Digər ölkələr
8 May , 2018 05:58
Cənubi Koreya prezidenti Yaponiyanı KXDR-lə münasibətləri normallaşdırmağa çağırıb

Bakı. 8 may. REPORT.AZ/ Cənubi Koreya prezidenti Mun Çje İn Yaponiyanı KXDR-lə münasibətlərin normallaşdırılması dialoqunu yeniləməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Yomiuri" qəzetinə müsahibəsində bildirib.

"Mən düşünürəm ki, Şimali Koreya ilə Yaponiya arasında dialoqun yenilənməsi xüsusən vacibdir", - deyə o bildirib.

Onun sözlərinə görə, əgər KXDR-lə Yaponiya arasında münasibətlər normallaşsa, bu, Koreya yarımadasından və Şimal-Şərqi Asiyadan kənarda sülh və təhlükəsizliyin təminatına bir çox töhfələr verər. Daha əvvəl Mun Çje In Koreya yarımadasında sülhün zəruri şərtlərini açıqlayıb.

Aprelin sonunda məlum olub ki, Yaponiya və ABŞ Koreya Xalq Demokratik Respublikasına KXDR-in nüvəsizləşdirilməsi üçün təzyiqi davam etdirməyi razılaşdırıb.

Son xəbərlər

Orphus sistemi