Cənubi Koreya prezidenti Mun Çje Inın nüfuzu 70 faizi ötüb

Cənubi Koreya prezidenti Mun Çje Inın nüfuzu 70 faizi ötüb Bakı. 30 aprel. REPORT.AZ/ Son 4 ayda Cənubi Koreya prezidenti Mun Çje Inın nüfuzu KXDR lideri Kim Çen Inla görüşlə əlaqədar ilk dəfə 70 faizi ötüb.
Digər ölkələr
30 Aprel , 2018 07:16
Cənubi Koreya prezidenti Mun Çje Inın nüfuzu 70 faizi ötüb

Bakı. 30 aprel. REPORT.AZ/ Son 4 ayda Cənubi Koreya prezidenti Mun Çje Inın nüfuzu KXDR lideri Kim Çen Inla görüşlə əlaqədar ilk dəfə 70 faizi ötüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, rəy sorğusunda iştirak edənlərin 70 faizi bildiriblər ki, Mun Çje Inın dövlət başçısı kimi fəaliyyətini bəyənirlər. Bu göstərici ötən həftə ilə müqayisədə 2,2 faiz çoxdur.

Prezidentin siyasətini bəyənənlərin faiz göstəricisi ən yüksək həddə yanvarın ortalarında çatıb. Həmin vaxt respondentlərin 70,6 faizi Mun Çje Inın fəaliyyətini bəyəniblər.

Tədqiqatda iştirak edən insanların 24,4 faizi dövlət başçısının fəaliyyətini bəyənmədiyini deyib. Bu, daha əvvəlki həftədəki nəticələrlə müqayisədə 3 faiz azdır.

Sorğu aprelin 23-dən 27-dək 2502 nəfər arasında keçirilib.

Aprelin 27-də Pxanmundjom sərhəd məntəqəsində Mun Çje İnla Kim Çen Inın tarixi görüşü olub. 

Son xəbərlər

Orphus sistemi