Cənubi Koreya prezidenti dünya ictimaiyyətini KXDR-ə dəstək verməyə çağırıb

Cənubi Koreya prezidenti dünya ictimaiyyətini KXDR-ə dəstək verməyə çağırıb Bakı. 27 sentyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Mun Çje İn BMT Baş Assambleyasının tribunasındakı çıxışında dünya ictimaiyyətinin KXDR-ə nüvəsizləşmə yolunda dəstəkləməyə çağırıb.
Digər ölkələr
27 Sentyabr , 2018 00:45
Cənubi Koreya prezidenti dünya ictimaiyyətini KXDR-ə dəstək verməyə çağırıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Cənubi Koreya prezidenti Mun Çje İn BMT Baş Assambleyasının tribunasındakı çıxışında dünya ictimaiyyətinin KXDR-ə nüvəsizləşmə yolunda dəstəkləməyə çağırıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Mun Çje İn qeyd edib ki, onun bu il 3 dəfə görüşdüyü KXDR lideri Kim Çen In nüvə proqramını bağlamağa və səylərini ölkənin iqtisadiyyatını inkişaf etdirməyə yönəltməyə söz verib. "Biz sədr Kimin düzgün qərar qəbul etməsinə və nüvəsizləşmə ilə bağlı öhdəlik götürməsinə inanmalıyıq", - deyə Mun Çje İn bildirib.

O, həmçinin əlavə edib ki, indi növbə beynəlxalq ictimaiyyətə çatıb ki, Şimali Kreyanın seçiminə müsbət cavab versin və onu həvəsləndirsin. Cənubi Koreya prezidenti həmçinin əmin edib ki, onun ölkəsi KXDR-in dünya ictimaiyyətinin həyatında iştirakına yardım kömək edəcək. 

Son xəbərlər

Orphus sistemi