Yuxarı

Cənubi Koreya parlamentinə prezidentin impiçmenti barədə qətnamə daxil edilib

Məsələ ilə bağlı səsvermə dekabrın 9-da baş tuta bilər

Bakı. 3 dekabr. REPORT.AZ/ Cənubi Koreyanın müxalifət partiyası prezident Pak Kın Xenin impiçmenti haqqında qətnamə layihəsini parlamentin gündəliyinə daxil edib.

"Report" "Renxap"a istinadən xəbər verir ki, bu məsələ ilə bağlı səsvermə dekabrın 9-da baş tuta bilər.

Sənədi 171 deputat təsdiq edib. Onların sırasına bütün 3 müxalifət partiyasının qanunvericiləri, eləcə də parlament spikeri istisna olmaqla, müstəqil deputatlar daxildir.

Pak Kın Xe rəfiqəsi Çxve Sun Silin korrusiya işlərində iştirak etməkdə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi