Cənubi Koreya hakimiyyəti Şimali Koreya ilə silah ticarətinə görə 10 fiziki və iki hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Sanksiyalar Şimali Koreyanın digər ölkələrlə qeyri-qanuni silah ticarəti ilə bağlı tətbiq edilib. Bu siyahıya Şimali Koreyanın müdafiə naziri Kan Sun Nam və Koreya Xalq Ordusunun Baş Qərargahının keçmiş rəisi Pak Su İr, Slovakiyanın “Versor SRO” və “Glocom” şirkətləri daxildir.