Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub Hökumət yüz minlərlə yerli sakin və turisti təhlükəsiz yerlərə köçürüb
Digər ölkələr
24 Avqust , 2017 04:18
Cənubi Çində 9 nəfər qasırğanın qurbanı olub

Bakı. 24 avqust. REPORT.AZ/ Cənubi Çində baş verən "Hato" qasırğası nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bundan əvvəl Makao xüsusi inzibati rayonunda 5 nəfərin öldüyü, 2-sinin itkin düşdüyü, həmçinin 150-dən çox yaralının olduğu məlum idi.

Quandun əyalətində (Cənubi Çin) isə daha 4 nəfər ölüb və 1 nəfər itkin düşüb. Hökumət yüz minlərlə yerli sakin və turisti təhlükəsiz yerlərə köçürüb. Geniş kənd təsərrüfatı sahələrini su basıb. 1,91 mln. mülkün elektrik təchizatı kəsilib.

Son xəbərlər

Orphus sistemi