Cənubi Çin dənizində İkinci Dünya Müharibəsinin əfsanəvi sualtı qayığı tapılıb

Cənubi Çin dənizində İkinci Dünya Müharibəsinin əfsanəvi sualtı qayığı tapılıb Cənubi Çin dənizinin dibində İkinci Dünya Müharibəsinin ABŞ-yə məxsus əfsanəvi sualtı qayığı – “USS Harder” tapılıb.
Digər ölkələr
25 May , 2024 16:03
Cənubi Çin dənizində İkinci Dünya Müharibəsinin əfsanəvi sualtı qayığı tapılıb

Cənubi Çin dənizinin dibində İkinci Dünya Müharibəsinin ABŞ-yə məxsus əfsanəvi sualtı qayığı – “USS Harder” tapılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV ABŞ Hərbi Dəniz Tarixi və İrs Administrasiyasının (NHHC) Arxeologiya şöbəsinə istinadən məlumat yayıb.

Gəmi Yaponiyanın Okinava adasının sahillərində, 3 750 fut (1 140 m) dərinlikdə aşkar edilib. Sualtı qayıqda, komanda qülləsi istisna olmaqla, faktiki olaraq heç bir xəsarət yoxdur. Axtarış İkinci Dünya Müharibəsi zamanı batan 52 ABŞ sualtı qayığını axtaran “Lost 52” layihəsi tərəfindən həyata keçirilib.

“Sualtı qayıqları konstruksiyalarına görə müəyyən etmək çətindir, lakin bunun əla vəziyyətdə qalması və “Lost 52” tərəfindən toplanan məlumatların keyfiyyəti NHHC-yə batan qayığın “USS Harder” olduğunu deməyə imkan verir”, - agentliyin açıqlamasında deyilir.

“USS Harder” (SS-257) “Gato” sinifli dizel-elektrik sualtı qayıqdır. O, 1943-cü ildə ABŞ-ın Pirl Harbordakı hərbi dəniz bazasında döyüş vəzifələrinin icrasına daxil edilib.

Son xəbərlər

Orphus sistemi