Cənubi Afrikanın yeni prezidenti təsdiqlənib

Cənubi Afrikanın yeni prezidenti təsdiqlənib Bakı. 15 fevral. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) parlamenti Afrika Milli Konqresi (ANC) partiyasının sədri Siril Ramafosun prezidentliyə namizədliyini təsdiqləyib.
Digər ölkələr
15 Fevral , 2018 18:02
Cənubi Afrikanın yeni prezidenti təsdiqlənib

Bakı. 15 fevral. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) parlamenti Afrika Milli Konqresi (ANC) partiyasının sədri Siril Ramafosun prezidentliyə namizədliyini təsdiqləyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, yeni dövlət başçısının artıq sabah ölkə vətəndaşlarına çağırış çıxışı edəcəyi gözlənilir.

Qeyd edək ki, S.Ramafosun 65 yaşı var. O, Limpopo Universitetinin hüquq fakültəsini bitirib. 2014-cü ildə CAR prezidentinin müavini, keçən ilin dekabr ayından isə ANC partiyasının sədri olub.

Bundan qabaqkı prezident Ceykob Zuma dünən xalqa telemüraciətində vəzifədən istefa verdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi