Cənubi Afrikada iğtişaşlarda ölənlərin sayı artır

Cənubi Afrikada iğtişaşlarda ölənlərin sayı artır Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınması ilə bağlı bir həftədir başlayan iğtişaşlar əsnasında ölənlərin sayı 117-yə çatıb.
Digər ölkələr
15 İyul , 2021 20:46
Cənubi Afrikada iğtişaşlarda ölənlərin sayı artır

Cənubi Afrika Respublikasının sabiq prezidenti Ceykob Zumanın həbsə alınması ilə bağlı bir həftədir başlayan iğtişaşlar əsnasında ölənlərin sayı 117-yə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti yanında müvəqqəti nazir Xumbudzo Ntşaveni brifinqdə bildirib.

Onun sözlərinə görə, hadisələrlə əlaqədar olaraq 2200-dən artıq saxlanılan var. İğtişaşlar baş verən KvaZulu-Natal və Qautenq əyalətlərinə cəlb edilən hərbçilərin sayı 5 mindən 100 minə çatdırılıb.

Nazir həmçinin deyib ki, ölkə polisi kütləvi iğtişaşları təşkil etməkdə şübhəli bilinən bir nəfəri saxlayıb və daha 11 şübhəlini ələ keçirmək üçün tədbirlər görür.

Bundan əvvəl sosial media, “WhatsApp” və “Telegram” servisləri vasitəsilə əhalini kütləvi iğtişaşlara təhrik etməkdə şübhəli bilinən 20 nəfərin müəyyənləşdirildiyi bildirilmişdi.

Xatırladaq ki, 2009-2018-ci illərdə ölkə prezidenti olmuş Ceykob Zuma həmin dövrdə dövlət qurumlarındakı genuşmiqyaslı korrupsiyaya dair aparılan istintaq çərçivəsində ötən həftədən 15 aylıq həbsə alınıb.

Son xəbərlər

Orphus sistemi