Cənubi Afrika prezidenti istefa verməkdən imtina edib

Cənubi Afrika prezidenti istefa verməkdən imtina edib Bakı. 14 fevral. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma istefa verməkdən imtina edib.
Digər ölkələr
14 Fevral , 2018 18:27
Cənubi Afrika prezidenti istefa verməkdən imtina edib
BusinessLIVE

Bakı. 14 fevral. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma istefa verməkdən imtina edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Afrika Milli Konqresi (ANC) iqtidar partiyası fevralın 13-də dövlət başçısına könüllü şəkildə istefaya getmək üçün 48 saat vaxt vermişdi.

Ancaq prezidentdən cavab gəlməyincə partiyadan fevralın 15-də parlamentdə C.Zumaya etibar etməməklə bağlı səs çoxluğu toplayaraq ölkənin hazırkı vitse-prezidenti Siril Ramafosu onun xələfi seçməyə çalışacaqlarını açıqlayıblar.

"Xeyr, istefa vermirəm", - deyə prezident SABC telekanalına açıqlamasında bildirib. O eyni zamanda parlamentin qərarına tabe olacağını əlavə edib.

Qeyd edək ki, C.Zumanın prezidentlik müddəti 2019-cu ildə başa çatır.

Son xəbərlər

Orphus sistemi