Cənub-Şərqi Asiya ölkələrində koronavirusdan ölənlərin sayı artdı

Cənub-Şərqi Asiya ölkələrində koronavirusdan ölənlərin sayı artdı Filippin, Malayziya və İndoneziyada pandemiyadan ölənlərin sayı artıb.
Digər ölkələr
4 Aprel , 2020 14:13
Cənub-Şərqi Asiya ölkələrində koronavirusdan ölənlərin sayı artdı

Filippin, Malayziya və İndoneziyada pandemiyadan ölənlərin sayı artıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Filippində 8, Malayziyada 4, İndoneziyada isə daha 10 nəfər koronavirusdan vəfat edib.

Beləliklə, pandemiya qurbanlarının sayı Filippində 144, Malayziyada 57, İndoneziyada isə 191-ə çatıb.

Bundan başqa, bu ölkələrdə virusa yoluxanların sayında da artım müşahidə edilib. Belə ki, qeydə alınmış yoluxmaların sayı Filippində 3 094, Malayziyada 3 483, İndoneziyada isə 2 092-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 130 000-i ötüb. Bunların 234 023 nəfəri sağalıb, 60 114 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi