Cenevrədə Suriya üzrə danışıqların yeni mərhələsi başlayır

Cenevrədə Suriya üzrə danışıqların yeni mərhələsi başlayır Bakı. 29 noyabr. REPORT.AZ/ İsveçrənin Cenevrə şəhərində Suriya üzrə danışıqların yeni mərhələsi başlayır.
Digər ölkələr
29 Noyabr , 2017 15:18
Cenevrədə Suriya üzrə danışıqların yeni mərhələsi başlayır

Bakı. 29 noyabr. REPORT.AZ/ İsveçrənin Cenevrə şəhərində Suriya üzrə danışıqların yeni mərhələsi başlayır.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dünən Cenevrədə Suriya müxalifətinin "Danışıqlar Komitəsi" ilə görüş keçirib və bu görüş dörd aydan çoxdur dayandırılan Suriya probleminin siyasi həlli prosesinin bərpa edilməsi anlamına gəlib.

Suriya müxalifətinin nümayəndə heyətinin görüşün yekunlarına dair bəyanatında bildirilib ki, onlar bu mərhələdə Suriya hökumətinin nümayəndə heyəti ilə birbaşa danışıqlar aparmağa hazırdırlar.

Suriya hökuməti artıq sülh danışıqlarının qarşıdakı mərhələsində iştirak etmək üçün nümayəndə heyətini göndərməyi qərara alması ilə bağlı BMT-ni xəbərdar edib. Staffan de Mistura belə informasiya aldıqlarını, Suriya hökumətinin nümayəndə heyətinin bu gün Cenevrəyə gələcəyini vurğulayıb.

S.De Mistura "Sinhua"ya müsahibəsində söyləyib ki, noyabrın 29-da Suriya hökumətinin nümayəndə heyəti ilə görüşdə müxalifətin nümayəndə heyəti ilə birbaşa danışıqlar aparılması məsələsiylə bağlı onların mövqeyi ilə tanış olmaq niyyətindədir. Xüsusi nümayəndənin sözlərinə görə, uyğun şərait yetişməzsə, danışıqların cari mərhələsi də vasitəçi ilə keçiriləcək.

BMT nümayəndəsi danışıqlarda iştirak edən tərəflərin ilkin şərtlər irəli sürməyəcəklərinə, fikir ayrılığını azaltmaq, konsensusu artırmaq və Suriya probleminin qısa müddətdə siyasi həllinə töhfə vermək üçün kifayət qədər səmimiyyət və siyasi iradə nümayiş etdirəcəklərinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi