Cenevrədə restoranda partlayış nəticəsində 15 nəfər xəsarət alıb

Cenevrədə restoranda partlayış nəticəsində 15 nəfər xəsarət alıb Partlayışın gücündən binanın şüşələri qırılıb
Digər ölkələr
251
8 Aprel , 2018 01:02
Cenevrədə restoranda partlayış nəticəsində 15 nəfər xəsarət alıb

Bakı. 8 aprel. REPORT.AZ/ İsveçrənin Cenevrə şəhərindəki restoranlardan birində qaz balonunun partlaması nəticəsində 15 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə "Blick" nəşrinə istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, hadisə şənbə günü günorta saat 12 radələrində baş verib. Xəsarət alanlar restoran müştəriləri və əməkdaşları olublar. Partlayışın gücündən binanın şüşələri qırılıb.

Hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində tibb yardım göstərilib.

Ehtimal edilir ki, partlayan balon qənnadı məmulatlarının karamelləşdirilməsi üçün istifadə olnub. Partlayışın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi