​"Cəbhət ən Nüsrə" terrorçuları Suriyada 40 döyüşçünü edam edib

​"Cəbhət ən Nüsrə" terrorçuları Suriyada 40 döyüşçünü edam edib Döyüşçülərlə yanaşı onların ailə üzvləri də edam edilib
Digər ölkələr
13 Avqust , 2016 03:05
​Cəbhət ən Nüsrə terrorçuları Suriyada 40 döyüşçünü edam edib

Bakı. 13 avqust. REPORT.AZ/ Suriyada "Cəbhət ən Nüsrə" terrorçuları təslim olmaq cəhdinə görə 40 döyüşçünü və onların ailə üzvlərini edam edib.

"Report"un məlumatına görə, bu barədə Suriya Respublikası ərazisində müharibə edən tərəflərin barışığı mərkəzi Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş bülletenə istinadən xəbər yayıb.

Məlumata görə, "Cəbhət ən Nüsrə" terrorçuları Hələbin şərqindəki Karən əl-Ənsari ərazisində silahı yerə qoymağa və hökumət qoşunlarının nəzarəti altında olan rayonlara humanitar dəhliz vasitəsilə getməyə cəhd göstərmiş 40 döyüşçünü edam ediblər.

"40 nəfərdən çox şəxs edam olunub" – deyə bülletenində bildirilir.

Məlumata görə, gün ərzində Dəməşq vilayətinin Xauş-Nəsri, Kabun, Harasta, Zamalka, Hauş-Harabu və digər yaşayış məntəqələri terrorçuların atəşinə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi