"Cəbhət-ən-Nüsrə"nin lideri Rusiya aviasiyasının zərbəsindən sonra ağır yaralanıb - VİDEO

"Cəbhət-ən-Nüsrə"nin lideri Rusiya aviasiyasının zərbəsindən sonra ağır yaralanıb - VİDEO Hədəfin vurulması üçün "Su-34" və "Su-35" təyyarələri təyin edilib
Digər ölkələr
4 Oktyabr , 2017 10:58
Cəbhət-ən-Nüsrənin lideri Rusiya aviasiyasının zərbəsindən sonra ağır yaralanıb - VİDEO
РИА Новости / Михаил Воскресенский

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin aviazərbələri nəticəsində "Cəbhət-ən-Nüsrə" qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culyani ağır yaralanıb və hazırda vəziyyəti kritikdir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, bir neçə kanaldan terrorçuların bir araya gəlməsi barədə məlumat əldə etdikdən sonra avizərbə endirmək qərarı verilib. 

Məlumata görə, hədəfin vurulması üçün "Su-34" və "Su-35" təyyarələri təyin edilib.

Son xəbərlər

Orphus sistemi